8 iyun, 2022
Sığorta maarifləndirilməsi tədbirləri davam etdirilir
Azərbaycan Respublikası Mərkəzi Bankı, TSEV – Türk Enstitüsü Vakfı və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən anderrayterlər üçün təlim proqramı və aktuar kurslarının birinci mərhələsi keçirilmişdir.
Tədbirdə Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev və Azərbaycan Sığortaçılar Assosasiyasının İcraçı direktoru Elmar Mirsalayev çıxış edərək aktuariləri və anderayterləri təbrik etmiş, həmçinin ölkəmizdə sığorta sektorunun inkişafı üçün görülən işlərdən bəhs etmişlər.
Proqramı uğurla bitirmiş əməkdaşlarımız Samir Məmmədov, Elçin Əsədzadə və Şahin Kazımlıya müvafiq şəhadətnamələr və sertifikatlar təqdim edilmişdir. Həmçinin, tədbirə şirkətlərin insan resursları nümayəndələri də dəvət olunmuşdur.
Həmkarlarımızı təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.
Digər xəbərlər
Bütün xəbərlər