FAQ

Səyahət sığortası dünyanın hər hansı bir ölkəsinə səfər edərkən baş verən qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı tibbi yardımın göstərilməsinə və tibbi xərclərin ödənilməsinə zəmanət verir.

“Kaskolu Bazarlıq” məhsulunu əldə edən müştəri sığorta haqqından asılı olaraq 50 manatdan 200 manatadək Bazarstore Supermarket şəbəkəsindən hədiyyə kartı qazanma fürsəti əldə edir.

Sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

Franşiza sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.

Əmlakın dövlət reyestrindən çıxarışı (müqavilə və ya çıxarışın olmadığı halda mülkiyyəti sübut edən notarial qaydada təstiq olunmuş hər-hansı bir sənəd) Şəxsiyyət vəsiqəsi GSM nömrə Şəkillər

Sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

Sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxsdir.