Haqqımızda
“Azərbaycan Sənaye Sığorta” ASC 17 dekabr 1996-cı il tarixində yaradılmışdır.
125 000 ABŞ dolları həcmində nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçən şirkətin nizamnamə kapitalı 24 may 2010-cu il tarixində 4 000 000 manata çatdırılmışdır.
28 iyun 2012–ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə əsasən “Azərbaycan Sənaye Sığorta” ASC-yə icbari sığorta növləri üzrə fəaliyyət göstərilməsinə icazə verilmişdir. Beləliklə, Şirkət İcbari Sığorta Bürosunun üzvlüyünə qəbul edilmişdir.
12 dekabr 2012-ci il tarixində Şirkətin nizamnamə kapitalı artaraq 8 160 000 manata çatdırılmışdır.
29 könüllü, 4 icbari olmaqla, cəmi 33 növ üzrə sığorta xidməti göstərən “Azərbaycan Sənaye Sığorta” ASC-nin səhmlərinin 95% “Anadolu Investment Company”MMC-yə, 5%-i isə Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur. 26 dekabr 2014-cü il tarixində cəmiyyətin nizamnamə kapitalı kеçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına artaraq 11 000 000 manata çatdırılmışdır.
Azərbaycan Sənaye Sığorta Şirkəti bir sıra nüfuzlu beynəlxalq və yerli mükafatlara layiq görülmüşdür. Belə ki, 2016 və 2017-ci illərdə Global Brands Magazine tərəfindən “Best Non-Life Insurance Company Azerbaijan”, Finance Digest Magazine tərəfindən isə, “Brand of Excellence in Business İnsurance Azerbaijan” mükafatlarına layiq görmüşdür. 2018-ci ildə “Most Trusted Insurance Brand–Azerbaijan” mükafatı ilə təltif edilmişdir.
Şirkət həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyorluğu” mükafatı ilə təltif edilmiş, 2023 və 2024-cü illərdə ardıcıl olaraq Caspian Energy Club tərəfindən “İlin sığorta şirkəti” nominasiyası üzrə qalib elan edilmişdir
Azərbaycan Sənaye Sığorta Şirkəti “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”də təsisçi, “İcbari Sığorta Bürosu”, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB), “Caspian Energy Club” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlarda üzv qismində təmsil olunur. Şirkət 30 illik təcrübəsi ilə Azərbaycanın sığorta bazarında etibarlı və stabil fəaliyyət göstərən şirkətlərdən biri olaraq, müştərilərinə geniş spektrli sığorta xidmətləri təqdim etməyə davam edir.
Beynəlxalq ve yerli mükafatlar
Best Non - Life İnsurance Company
2016
Brand of Business Excellence
2016
Best Non - Life İnsurance Company
2017
Şəffaf Vergi Partnyoru
2017
Most Trusted Insurance Brand - Azerbaijan
2018
İlin sığorta şirkəti
2023-2024
Tərəfdaşlarımız