23 sentyabr, 2024

Bizim üçün DƏYƏRLİSİNİZ!

“Azərbaycan Sənaye Sığorta” ASC-də 10 ildən çox əmək fəaliyyəti olan əməkdaşların mükafatlandırma mərasimi baş tutub. Direktorlar Şurasının sədri  R.Əhmədov fəaliyyətləri yüksək qiymətləndirilən əməkdaşlara “10 il” yubiley plaketləri təqdim edib. R.Əhmədov əməkdaşları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların daim diqqət mərkəzində olduğunu və yüksək dəyərləndirildiyini bildirib. 

Əməkdaşlar onlara göstərilən diqqət və qayğıya görə şirkət rəhbərliyinə öz təşəkkürlərini ifadə ediblər.