16 yanvar, 2026
Azərbaycan Sənaye Sığorta Şirkətinin əməkdaşları inklüziv xidmətlərə dair təlimdə iştirak ediblər
Azərbaycan Sənaye Sığorta şirkətinin bir qrup əməkdaşı fiziki məhdudiyyətli şəxslərlə davranış qaydalarına dair təşkil olunmuş təlim proqramında iştirak edib.
Sığortaçılar üçün fiziki məhdudiyyətli şəxslərin sığorta şirkətlərində lazımi səviyyədə xidmətlə təmin edilməsi məqsədilə işçi heyətinə zəruri olan bacarıqların inkişaf etdirilməsi istiqamətində keçilən təlimlər, “Maliyyə savadlılığının artırılması istiqamətində 2026-cı il fəaliyyət planı”na əsasən Azərbaycan Mərkəzi Bankının cari il üzrə strategiyasına əsaslanaraq Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Təlim iştirakçılarına həssas əhali qrupları ilə davranış qaydaları, o cümlədən fiziki məhdudiyyətli müştərilərə xidmət zamanı tibbi deyil, sosial yanaşmanın üstünlükləri və incə məqamları haqqında məlumat verilib. Təlimlərin yekununda iştirakçılara xüsusi sertifikatlar təqdim olunub.
Digər xəbərlər
Bütün xəbərlər