8 aprel, 2025
Azərbaycan Sənaye Sığorta Şirkətindən 50/50 KASKO məhsulu
Azərbaycan Sənaye Sığorta şirkəti avtomobil sahibləri üçün yeni və fərqli bir sığorta məhsulu təqdim edir: 50/50 KASKO. Məhsul, sürücülərə avtomobillərini yarı qiymətə tam təminatla sığortalama imkanı verərək, sığorta xidmətlərini daha əlçatan edir. "50/50 Kasko" avtomobil sığortalamaq üçün fürsətdir və müştərilərə riskləri minimum xərclə əhatə etməyə imkan yaradır. "50/50 Kasko"nun əsas üstünlüyü, sığorta müddəti ərzində sığorta hadisəsi baş vermədiyi halda, sığorta haqqının ikinci yarısının sığortalı tərəfindən ödənilməməsidir.
"50/50 Kasko" sığorta məhsulunun təqdim etdiyi təminatlar:
0-manatdan başlayan azadolma;
Evakuator xidməti;
sığorta haqqının aylara bölünməsi;
sənədlərin toplanması xidməti;
sığorta şəhadətnaməsinin onlayn əldə olunması və s.
Azərbaycan Sənaye Sığorta şirkəti sığorta sahəsindəki uzunmüddətli təcrübəsi ilə müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim etməyə davam edir.
Daha ətraflı məlumatı sales@aiic.az ünvanına yazmaqla və ya (+99412) 404 13 03 müştəri xidmətləri ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.