17 dekabr, 2025

Azərbaycan Sənaye Sığorta Şirkəti 29 yaşını xüsusi endirim kampaniyası ilə qeyd edir!

Azərbaycan Sənaye Sığorta 29 illik fəaliyyətini qeyd edir və bu münasibətlə müştərilərinə təşəkkür məqsədli xüsusi endirim kampaniyası təqdim edir. Ad günü həftəsində KASKO əldə edən müştərilər 15% endirimdən yararlana biləcəklər.

Azərbaycan Sənaye Sığorta bu kampaniyanı müştərilərlə uzun illər ərzində qurulan səmimi əməkdaşlıq və etimadın qiymətləndirilməsi kimi dəyərləndirir. Şirkətin 29 illik fəaliyyəti boyunca əsas hədəf müştərilərin təhlükəsizliyini təmin etmək, onları qarşılaşa biləcəkləri gözlənilməz risklərdən qorumaq və hər zaman yüksək xidmət keyfiyyəti təqdim etməkdir.

Bu illər ərzində təqdim olunan xidmətlərin təkmilləşdirilməsi və müştəri məmnuniyyətinin artırılması şirkətin əsas prioritetləri kimi qalmaqdadır. Bu gün əldə olunan nailiyyətlər müştərilər tərəfindən göstərilən davamlı güvən və sadiqliyin birbaşa nəticəsidir.

Azərbaycan Sənaye Sığorta Şirkəti bütün vətəndaşları bu fürsətdən yararlanmağa, öz təhlükəsizliklərini etibarlı sığorta xidmətləri ilə təmin etməyə dəvət edir.