21 sentyabr, 2024
Azərbaycan Sənaye Sığorta ASC "XVI Qlobal Sağlamlıq Sığortası Konfransı"nda
Azərbaycan Sənaye Sığorta ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Afaq Cəbrayılova və həkim ekspert Vəli Salmanov 19-20 sentyabr tarixlərində Amsterdam şəhərində keçirilən "XVI Qlobal Sağlamlıq Sığortası Konfransı"nda iştirak ediblər.
Ənənəvi olaraq hər il keçirilən konfransda Azərbaycan ilə yanaşı 50-dən çox ölkənin sığortaçıları iştirak edib.
Konfransda tibbi sığortanın inkişafını formalaşdıran yeniliklər araşadırılıb, müştəri yönümlü yanaşma ilə innovasiya və rəqəmsal inkişafa da xüsusi diqqət yetirilib.
Həmçinin konfransda şirkətlərin innovasiyaları qəbul etmələri, rəqəmsal alətlərdən istifadə etmələri və müştəri tələblərinin ön plana çəkilməsinin əhəmiyyəti ilə bağlı mövzular müzakirə olunub.
Digər xəbərlər
Bütün xəbərlər