18 avqust, 2024
“Azərbaycan Sənaye Sığorta” ASC “Sığorta Festivalı 2024”də
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda ikinci dəfə keçirilən “Sığorta Festival”ı 17 avqust tarixində Bakı şəhərində Dənizkənarı Milli Parkda baş tutub. Böyük açılış mərasimində “Etude Band’’in möhtəşəm çıxışı və “DJ Proxxy”nin enerjili, ritmik musiqi repertuarı iştirakçılara xoş anlar bəxş edib. Festival müddətində müxtəlif hədiyyəli oyunlar oynanılıb, intellektual yarışlar keçirilib və sürprizli şoular təqdim olunub.
“Həyat sığorta ilə rahat” devizi ilə keçirilən “Sığorta Festivalı 2024”də “Azərbaycan Sənaye Sığorta” ASC bir qrup əməkdaşı ilə iştirak edib. “Edutainment” formatında həyata keçirilən tədbirdə, şirkət üçün quraşdırılan “çadırda” əməkdaşlar tərəfindən əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib, hədiyyələr paylanılıb.
Qeyd edək ki, festivalın 24 sentyabr tarixinədək respublikamızın daha 4 müxtəlif şəhərində keçirilməsi nəzərdə tutlub.
Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir.
Digər xəbərlər
Bütün xəbərlər