3 iyun, 2024

Azərbaycan Sənaye Sığorta ASC “Qarabağ” - “Zirə” oyununun tərəfdaşı oldu!

02 iyun tarixində Mərdəkan qəsəbəsi “Liv Bona Dea Arena”da  Azərbaycan Kubokunda 2023/2024 mövsümünün final oyunu keçirilib, “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəlib. Azərbaycan Sənaye Sığorta ASC-nin tərəfdaşlığı ilə keçirilən oyun Qarabağ FK 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Qarabağ FK ölkə kubokuna ümumilikdə 8 dəfə sahib çıxıb.