11 mart, 2020
“Azərbaycan Sənaye Sığorta” ASC-nin sığorta yığımlarında 228% artım
Azərbaycanın qeyri-həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “Azərbaycan Sənaye Sığorta” 2020-ci ilin yanvar-fevral ayları üzrə maliyyə göstəricilərini açıqlayıb.
Şirkətdən verilən məlumata görə, göstərilən müddət ərzində 2 134 604 manat məbləğində sığorta haqqı yığılmışdır. Bu məbləğin 1 863 772 manatı könüllü, 270 832 manatı isə icbari sığorta növlərinin payına düşür.
Beləliklə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımlarında 228% artım olmuşdur. Artım könüllü sığortada əsasən tibbi, əmlak və kasko, icbari sığortada isə daşınmaz əmlakın icbari sığortası və icbari avtomobil növlərini əhatə edir.
Сari ilin mart ayının 1-nə nizamnamə kapitalının həcmi 11 milyon manat təşkil edən “Azərbaycan Sənaye Sığorta” ASC 1996-ci ilin dekabr ayından fəaliyyət göstərir. Şirkət 29 könüllü və 4 icbari növ üzrə müştərilərə sərfəli şərtlərlə müxtəlif sığorta məhsulları təklif edir. Xərclərin optimallaşdırılması və sığorta portfelinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər şirkətin maliyyə nəticələrinə müsbət təsir göstərmişdir.
Digər xəbərlər
Bütün xəbərlər