5 aprel, 2024
Azərbaycan Sənaye Sığorta ASC-nin rəhbərləri təlimdə
"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi tərəfindən aprel ayının 01-04-dək sığorta şirkətlərinin bir qrup rəhbər işçiləri üçün təlim təşkil olunmuşdur. “Risklərin idarə edilməsi” mövzusunda 4 gün davam edən təlimdə Azərbaycan Sənaye Sığorta ASC-nin Maliyyə departamentinin müdiri Elgiz Həmzəyev, Audit xidmətinin rəhbəri Ramin Cavadzadə və Məsul aktuari Aysel Quliyeva iştirak etmişdir. Təlimin əsas məqsədi formal yanaşmadan daha çox risk mədəniyyətini, risk yönümlü düşüncə və risklərin idarə edilməsinə nəzəri biliklərin daha səmərəli praktik istifadəsinə necə nail olmağı göstərməkdir.
- Təlimdə risklərin növləri, idarə olunması mərhələləri, risk mədəniyyəti, risklərin idarəedilməsi və risk yönümlü idarəetmə, risklərin idarə edilməsi strategiyaları, stress testlər və s ilə bağlı geniş təqdimat nümayiş olunmuşdur.
-“Risklərin idarə edilməsi” təlimini uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Digər xəbərlər
Bütün xəbərlər