4 noyabr, 2020
"Azərbaycan Sənaye Sığorta" ASC-nin daha bir nümayəndəliyi fəaliyyətə başlayıb
Daima müştəri məmnuniyyətini və rahatlığını artırmaqda səylərini əsirgəməyən “Azərbaycan Sənaye Sığorta” ASC Şəki şəhəri, 20 yanvar küçəsi 142 ünvanında yeni nümayəndəliyi müştərilərin xidmətinə verildi. Müasir tələblərə tam cavab verən nümayəndəlikdə müştərilərə həftə içi saat 09:00-dan 18:00-dək xidmət göstərilir.
“Azərbaycan Sənaye Sığorta” ASC-nin nümayəndəlik şəbəkəsinin genişləndirməsinin əsas məqsədi tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir.
Nümayəndəlik bütün növ könüllü sığorta, həmçinin "İcbari sığorta növləri haqqında" qanununa uyğun olaraq daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası xidmətlərini göstərir.
1996-cı ildən fəaliyyət göstərən “Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycanın bütün regionlarında nümayəndəliklərlə təmsil olunur. Şirkət, özünün strateji planına uyğun olaraq bundan sonra da yeni filial və nümayəndəliklərin açılması işini davam etdirəcəkdir. “İcbari Sığorta Bürosu”, “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlarda üzv qismində təmsil olunan şirkət fəaliyyətini “Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş” şüarı altında uğurla davam etdirir
Digər xəbərlər
Bütün xəbərlər