24 iyul, 2020
“Azərbaycan Sənaye Sığorta” ASC-nin birinci yarımil üzrə maliyyə nəticələri.
Azərbaycanın qeyri-həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “Azərbaycan Sənaye Sığorta” ASC 2020-ci ilin birinci yarımili üzrə 5 162 665 manat məbləğində sığorta haqqı yığılmışdır. Bu məbləğin 3 157 913 manatı könüllü, 2 004 752 manatı isə icbari sığorta növlərinin payına düşür.
Beləliklə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımlarında 93,5% artım olmuşdur. Artım könüllü sığortada əsasən tibbi, əmlak və kasko növləri, icbari sığortada isə daşınmaz əmlakın icbari sığortası və icbari avtomobil növlərini əhatə edir.
Həmçinin, hesabat dövründə müxtəlif sığorta hadisələrinə görə 925 558 manat həcmində sığorta ödənişi həyata keçirilmişdir.
Сari ilin iyul ayının 1-nə nizamnamə kapitalının həcmi 11 milyon manat təşkil edən “Azərbaycan Sənaye Sığorta” ASC 1996-ci ilin dekabr ayından fəaliyyət göstərir. Şirkət 29 könüllü və 4 icbari növ üzrə müştərilərə sərfəli şərtlərlə müxtəlif sığorta məhsulları təklif edir. Xərclərin optimallaşdırılması və sığorta portfelinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər şirkətin maliyyə nəticələrinə müsbət təsir göstərmişdir.
Digər xəbərlər
Bütün xəbərlər