4 noyabr, 2024
“Azərbaycan Sənaye Sığorta” ASC-nin kollektivi işğaldan azad edilmiş ərazilərə səfər edib
Azərbaycan Sənaye Sığorta ASC işğaldan azad edilmiş ərazilərə geniş tərkibli səfər təşkil etmişdir. Səfərin əsas məqsədi, ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan mübarizə nəticəsində azad olunmuş torpaqları ziyarət etmək, bölgədə həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış olmaq, sığorta sektorunun inkişafı üçün mövcud imkanları araşdırmaq olmuşdur. Həmçinin məqsəd, işğaldan azad edilmiş ərazilərdə potensialın öyrənilməsi, yeni nümayəndəliklərin yaradılması ilə təklif edilən xidmətlərə əlçatanlığın təmin edilməsi və yerli əhalinin işə cəlb olunması ilə şirkətin xidmət coğrafiyasının genişləndirilməsi olmuşdur.
Şirkət sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq ölkənin bütün regionlarında fəaliyyətini genişləndirməkdə və əhalinin rifahına dəstək olmağa davam edir.
Səfər çərçivəsində kollektiv tariximizi və milli irsimizi əks etdirən məkanları ziyarət etmiş, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etmişdir.
Digər xəbərlər
Bütün xəbərlər