18 may, 2023
“Azərbaycan Sənaye Sığorta” ASC-dən yük sığortası üzrə iri həcmli ödəniş
“Azərbaycan Sənaye Sığorta” ASC-də yük sığortası üzrə iri həcmli sığorta hadisəsi qeydə alınıb. Belə ki, cari ilin mart ayında respublikadan kənarda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində daşınan yükə ciddi zərər dəyib, hadisə ilə bağlı 25 390 manat həcmində sığorta ödənişi verilib. Yol-nəqliyyat hadisəsi, yük avtomobilinin hərəkətdə olan zaman yoldan çıxaraq aşması nəticəsində baş verib.
Eyni sığorta növü üzrə bundan əvvəlki böyük ödəniş, Rusiya Federasiyası ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı olub. Baş vermiş hadisə ilə bağlı yük sığortası üzrə 41 055 manat, yük avtomobilinin kasko sığortası üzrə isə 141 100 manat həcmində sığorta ödənişi verilib.
Ötən il ərzində “Azərbaycan Sənaye Sığorta” ASC ümumilikdə 4 896 010 manat sığorta ödənişi həyata keçirib.
Qeyd edək ki, “Azərbaycan Sənaye Sığorta” ASC 1996-cı ildən fəaliyyətə başlayıb. Şirkət müştərilərə 29 könüllü və 3 icbari sığorta növü üzrə sığorta xidmətləri təklif edir.
Digər xəbərlər
Bütün xəbərlər