6 mart, 2020
"Azərbaycan Sənaye Sığorta” ASC-dən “Özəl bayramı kasko ilə qarşılayın” kampaniyası!
Hər zaman müştərilərinə xüsusi diqqət və qayğı ilə yanaşan “Azərbaycan Sənaye Sığorta” ASC, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Özəl bayramı kasko ilə qarşılayın” kampaniyasına start verdi.
05 mart tarixindən başlayan kampaniya çərçivəsində 18 gün müddətində kasko sığortası alan xanımlara 28% endirim təklif olunur. Xanım müştərilər şirkətə gəlmədən də sığorta şəhadətnaməsini əldə edə biləcəklər.
Kasko sığortası əldə edən xanımlar il ərzində könüllü sığorta növlərində xüsusi güzəştlərdən yararlanmaq imkanı qazanırlar. Həmçinin kampaniya çərçivəsində sığorta haqqını hissə-hissə də ödəyə bilərlər.
Сari ilin mart ayının 1-nə nizamnamə kapitalının həcmi 11 milyon manat təşkil edən “Azərbaycan Sənaye Sığorta” ASC 1996-ci ilin dekabr ayından fəaliyyət göstərir. Şirkət 29 könüllü və 4 icbari növ üzrə müştərilərə sərfəli şərtlərlə müxtəlif sığorta məhsulları təklif edir. Xərclərin optimallaşdırılması və sığorta portfelinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər şirkətin maliyyə nəticələrinə müsbət təsir göstərmişdir.
Əziz xanımlar, bayramınızı təbrik edirik!
Qəzasız və salamat, hər zaman yaşıl işıq yanan yol arzu edirik!
Ətraflı məlumatı çağrı mərkəzindən (012 404 13 03) əldə etmək olar.
Digər xəbərlər
Bütün xəbərlər