25 sentyabr, 2019
“Azərbaycan Sənaye Sığorta” ASC-dən kasko sığortası üzrə iri həcmli ödənişlər
“Azərbaycan Sənaye Sığorta” ASC-dən kasko sığortası üzrə iri həcmli ödənişlər
2019-cu ilin yay aylarında kasko növü üzrə iri həcmli sığorta ödənişləri həyata keçirən “Azərbaycan Sənaye Sığorta” ASC göstərilən dövr ərzində baş verən sığorta hadisələrinə görə ümumilikdə 127 000 manat sığorta ödənişi verib.
Həyata keçirilmiş yüksək məbləğli sığorta ödənişlərindən biri, Bakı-Quba yolunun 41-ci kilometrliyində avtomobil hərəkətdə olan zaman sürücünün idarəetməni itirərək yük maşınına çırpılması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlıdır. Həmin hadisə ilə əlaqədar dəymiş zərərin məbləği 19 300 AZN müəyyən edilib.
Digər hadisə, Bakı şəhəri, Zığ şossesində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlıdır. Belə ki, “Volkswagen Polo” markalı avtomobil ara məsafəsini düzgün saxlamaması nəticəsində, qarşıda hərəkət edən "Mercedes Benz E300” markalı avtomobili arxadan vuraraq zədələyib. Avtomobilə dəymiş 13 977 AZN məbləğində zərər şirkət tərəfindən qarşılanıb.
Üçüncü yüksək ödəniş isə Hacıqabul-Horadiz yolunun 98-ci kilometrliyində qeydə alınıb. "Opel Insignia" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və ağaclara dəyib. Şirkət tərəfindən avtomobil sahibinə 11 500 AZN sığorta ödənişi verilib.
“Azərbaycan Sənaye Sığorta” ASC-nin təklif etdiyi kasko könüllü avtomobil sığortası avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanuna zidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın, avtomobilin tam məhv olması və partlayış kimi bir sıra risklərə təminat verir.
Digər xəbərlər
Bütün xəbərlər