7 dekabr, 2019
“Azərbaycan Sənaye Sığorta” ASC-dən iri həcmli sığorta ödənişi
“Azərbaycan Sənaye Sığorta” ASC kasko növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.
Aprel ayının 16-sı gecə saatlarında Babək prospekti istiqamətində hərəkət edən avtomobilin sürücüsü təhlükəsizlik qaydalarına riayət etmədiyinə görə qarşıdakı avtomobilə çırpılıb. Qəza nəticəsində kasko sığortalı nəqliyyat vasitəsinə böyük miqdarda ziyan dəyib. Şirkət avtomobil sahibinə 34 750 manat sığorta ödənişi edib.
Qeyd edək ki, şirkət “Avtomobillərin tam sığortası” növü üzrə daha bir neçə iri sığorta ödənişləri həyata keçirib və bu il baş verən sığorta hadisələrinə görə ümümilikdə 156 931 manat sığorta ödənişi olunub.
“Azərbaycan Sənaye Sığorta” ASC 23 ildir bazarda fəaliyyət göstərir, əsas məqsədi şəffaf siyasət yürütməklə, etimad və qarşılıqlı inamı təmin etməkdir. Şirkət satışları daha da genişləndirmək, korporativ tibbi sığorta sahəsində satışları artırmaq çərçivəsində daim irəliyə doğru addımlar atır, həmçinin qarşıdakı illərə yeni sığorta məhsullarını təqdim etməyi də düşünür.
Digər xəbərlər
Bütün xəbərlər