10 sentyabr, 2024

“Azərbaycan Sənaye Sığorta” ASC-dən Bilik Günü münasibətilə kampaniya

“Azərbaycan Sənaye Sığorta” ASC 15 sentyabr tədris ilinin başlaması münasibəti ilə təhsil işçilərinə özəl kampaniyaya start verir.

10-24 sentyabr 2024 tarixlərini əhatə edən güzəştli kampaniyadan vəzifəsindən asılı olmayaraq təhsil sahəsində fəaliyyət göstərən hər bir kəs faydalana bilər. Bilik gününə özəl kampaniyadan təhsil müəssisələrində çalışanlarla yanaşı, digər müəssisələrdə tədris bölmələri ilə əlaqəli işləyən işçilər də yararlana bilər. 

Kampaniya müddətində avtomobilini sığortalayan müştərilərə “Park Cinema”dan iki nəfərlik bilet HƏDİYYƏ olunur.  
        Kampaniya çərçivəsində Kasko sığorta əldə edən müştərilər aşağıda göstərilən təminatlara sahib olacaq:

-0-manatdan başlayan azadolma; 

-Evakuator xidməti; 

-Sığorta haqqının aylara bölünməsi;

-Sənədlərin toplanması xidməti;

-Sığorta şəhadətnaməsinin onlayn əldə olunması və s.

Kampaniya haqqında ətraflı məlumatı “Çağrı Mərkəzi”dən (+994 12) 404 13 03 və ya sales@aiic.az ünvanına yazmaqla əldə etmək olar.