14 mart, 2024
Azərbaycan Sənaye Sığorta ASC-dən “Bahar kampaniyası”!
Azərbaycan Sənaye Sığorta ASC Novruz bayramı ərəfəsində “Bahar kampaniyası” başlayır. Belə ki, 15-30 Mart tarixləri aralığında “Bahar kampaniyası” çərçivəsində Əmlak sığortası alan müştərilərə Səyahət sığortası hədiyyə olunur.
“Bahar kampaniyası” ilə könüllü əmlak sığortası məhsulu əldə edən müştərilər yanğın, ildırım düşməsi, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərinin və ya yanğın söndürmə sisteminin qəzası, subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, üçüncü şəxslərin hərəkətlərinin nəticəsində əmlakın zədələnməsi və s. sığorta risklərinə qarşı təminat əldə edəcəklər.
Novruz tətillərində evlərinizi bizə əmanət etməklə, istirahətinizdən zövq alın!
Əmlak sığortası əldə etmək, həmçinin kampaniya şərtləri haqqında ətraflı məlumatı çağrı mərkəzindən (+994 12) 404 13 03 və ya sales@aiic.az ünvanına yazmaqla əldə edə bilərsiniz.
“Azərbaycan Sənaye Sığorta” ASC-nin kollektivi fürsətdən istifadə edərək qarşıdan gələn Növruz bayramı münasibətilə vətəndaşlarımızı təbrik edir.
Digər xəbərlər
Bütün xəbərlər