5 mart, 2024

Azərbaycan Sənaye Sığorta ASC-dən “Əyləncəli KASKO” kampaniyası!

Azərbaycan Sənaye Sığorta ASC 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Xanımlara özəl “Əyləncəli KASKO” kampaniyasına başlayır.  05-15 Mart tarixləri aralığında “Əyləncəli KASKO” kampaniyasından yararlanan xanımlara Kasko sığortasına özəl endirim və “Park Bulvarda gözəl bir gün” kuponu hədiyyə olunur.

Bu kuponla Xanım müştərilərimiz Park Bulvarda səhər yeməyi, film seyri, boulinq oyunu və s. kimi əyləncələrdən yararlana biləcəklər.  Həmçinin, kampaniya çərçivəsində kasko alan Xanımlara, avtomobillərini arxayın idarə edə bilmələri üçün,  ildə bir dəfə “Avtomobil check-up”ı da hədiyyə olunur.

“Əyləncəli KASKO” sığorta məhsulunun təqdim etdiyi təminatlar: 

-“Avtomobil check-up”ı

-0-manatdan başlayan azadolma; 

-Evakuator xidməti; 

-sığorta haqqının aylara bölünməsi;

-sənədlərin toplanması xidməti;

-sığorta şəhadətnaməsinin onlayn əldə olunması və s.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya şərtləri ilə bağlı ətraflı məlumatı çağrı mərkəzindən (+994 12) 404 13 03 və ya sales@aiic.az ünvanına yazmaqla əldə edə bilərsiniz.

“Azərbaycan Sənaye Sığorta” ASC-nin kollektivi fürsətdən istifadə edərək qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir.