24 may, 2024
Azərbaycan Sənaye Sığorta ASC “Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi” konfransında!
Azərbaycan Respublikası Mərkəzi Bankı və İcbari Sığorta Bürosunun təşkilatçılığı, həmçinin Türkiyənin “T-RUPT” texnoloji şirkətinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Sakarya Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin dəstəyi ilə 22-23 May tarixlərində “Fairmont” oteldə “Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi”konfransı keçirilib. Konfransa Azərbaycan Sənaye Sığorta ASC-nin İdarə Heyətinin Sədri Orxan Əfəndiyev başda olmaqla, şirkətin bir qrup rəhbər heyəti qatılıb. Konfransda Azərbaycan və ətraf bölgələrin seysmoteknik quruluşu, zəlzələ aktivliyi, ölkəmizdə inşa olunan bina tipləri və onların zəlzələyə qarşı dözümlülüyü məsələləri müzakirə olunub. Konfrans sığorta sektorunun peşəkarlarını, aidiyyəti akademik dairələrdən nümayəndələri, geologiya və inşaat sahəsinin mühəndislərini bir araya gətirərək tikililərin dayanıqlılığı və maliyyə sistemlərinin təbii fəlakətlərə qarşı dözümlülüyü səviyyəsinin artırılması ilə bağlı müzakirələr üçün effektiv bir platforma rolunu oynayıb. Konfrans çərçivəsində sığorta sektoru üçün zəlzələ və digər təbii fəlakətlər üzrə təkrarsığorta modelləşdirilməsi və tətbiqi məsələləri ilə bağlı təqdimatlar da keçirilib.
Digər xəbərlər
Bütün xəbərlər