20 may, 2024

“Azərbaycan Sənaye Sığorta” ASC -dən uşaqlar gününə özəl müsabiqə!

Uşaqlar ailənin sevinci, ölkənin gələcəyidir. Hər zaman uşaqları düşünən və onların qayğısına qalan “Azərbaycan Sənaye Sığorta” ASC 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə müsabiqə keçirir. Müsabiqənin şərtlərinə görə uşaqlar ən çox sevdiyi, hər zaman yanında gəzdirmək istədiyi bir oyuncağı və s. ilə facebook və Instagram üzərindən şəkillərini paylaşmalıdır. 

Müsabiqəmiz 22-28 may tarixlərində keçiriləcək. Təsadüfi yolla seçilən 3 şanslı qalibimiz 29 may tarixində elan olunacaq və onlara “Dream Trampoline”dən kupon təqdim ediləcəkdir.

Bütün uşaqlara sağlam, firavan və xoşbəxt gələcək, sülh içində yaşamalarını arzu edirik!