21 iyun, 2024
Azərbaycan Sənaye Sığorta ASC Beynəlxalq Sığorta Forumunun bürünc sponsoru oldu!
2008-ci ildən etibarən ölkəmizdə keçirilən və pandemiya səbəbindən bir neçə ildir ki, təxirə salınan Beynəlxalq Sığorta Forumu bu il yenidən həyata keçirildi. 20-21 iyun 2024-cü il tarixlərində Mərkəzi Bankın strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının və və “Xprimm Events” şirkətinin təşkilatçılığı ilə Bakıda sayca onuncu Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilib. Forumda 250-dən artıq yerli və xarici sığorta nümayəndələri iştirak edib. Foruma Azərbaycan Sənaye Sığorta ASC-nin İdarə Heyətinin Sədri Orxan Əfəndiyev başda olmaqla, şirkətin bir qrup rəhbər heyəti qatılıb.
İki gün davam edən forumda həyat sığortası və bank kanallarının birgə fəaliyyəti, avtonəqliyyat və sağlamlıq sığortaları, eləcə də iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi mühüm mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, forumda Almaniya, Rumıniya, Fransa, Türkiyə, Rusiya, Makedoniya və digər ölkələrdən dəvət olunmuş sığorta mütəxəssisləri öz təcrübələrini, araşdırmalarını forum iştirakçıları ilə paylaşıblar Beynəlxalq Sığorta Forumu yerli sığortaçılarla dünya sığortaçıların arasında işgüzar əlaqələrin daha da genişləndirilməsi və təcrübə mübadiləsi baxımından əhəmiyyətli bir platformaya çevrilib.
Digər xəbərlər
Bütün xəbərlər