14 fevral, 2025
Azərbaycan Maliyyə Forumu keçirilib
14 fevral tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə və Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Fintex Assosiasiyası (AzFina) və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBIA) təşkilatçılığı ilə “AZƏRBAYCAN MALİYYƏ FORUMU” keçirilib.
Forum iqtisadiyyatın inkişafı ilə maliyyə sektorunun potensialının uzlaşdırılması, maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin gücləndirilməsi, bu sahədəki maneələrin aradan qaldırılması, eləcə də, innovativ texnologiyaların tətbiqi ilə rəqəmsallaşmanın sürətləndirilməsi imkanlarının, maliyyə sektorundakı qanunvericilik və tənzimləmələrin təkmilləşdirilməsinin, bu əsasda ötən dövr ərzində Azərbaycan maliyyə sektorunun əldə etdiyi nailiyyətlər və qarşıda duran çağırışların müzakirə edildiyi platforma olmaq məqsədi daşıyır.
Forumda müxtəlif panellərdə maliyyə sektorunda fəaliyyət göstərən təşkilatların rəhbərləri və nümayəndələri iştirak edib. “Sığorta və innovasiya – yeni risklər və yeni həllər” mövzusunda təşkil olunan panel iclasında “Azərbaycan Sənaye Sığorta Şirkəti”nin Direktorlar Şurasının sədri Rəşad Əhmədov “Katastrofik risklər: Ümumi iqtisadi itkilərin azaldılmasında sığortanın rolu və yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib.
Digər xəbərlər
Bütün xəbərlər