15 sentyabr, 2020
28 sentyabr 2020-ci il tarixində, saat 11:00-da “Azərbaycan Sənaye Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
“Azərbaycan Sənaye Sığorta” ASC regionlarda yaşayan əhalinin bütün növ sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını təmin etmək, göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə nümayəndəlik şəbəkəsinin genişləndirilməsinə başlayıb. Görülən işlər istiqamətində, müasir tələblərə cavab verən, müştəri məmnunluğunu təmin etmək üçün yüksək şəraitə sahib olan yeni Göyçay nümayəndəliyi həftəiçi saat 09.00-dan 18.00-dək, Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi 41 ünvanında müştərilərin xidmətindədir.
Nümayəndəlik bütün növ könüllü sığorta, həmçinin “İcbari sığorta növləri haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası xidmətlərini göstərir.
1996-cı ildən fəaliyyət göstərən “Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycanın bütün regionlarında nümayəndəliklərlə təmsil olunur. “İcbari Sığorta Bürosu”, “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlarda üzv qismində təmsil olunan şirkət fəaliyyətini “Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş” şüarı altında uğurla davam etdirir.
Digər xəbərlər
Bütün xəbərlər