7 mart, 2025
“ Azərbaycan Sənaye Sığorta ” Şirkətindən 8 Mart Münasibətilə Kasko Kampaniya!
“Azərbaycan Sənaye Sığorta” Şirkəti 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım müştərilərinə hədiyyəli Kasko təklif edir! Belə ki, 7-14 Mart tarixlərində KASKO sığorta əldə edən hər bir xanım “Marga Baku”dan 8 Marta özəl hədiyyə paketi əldə edəcək! Kampaniyadan faydalanan Xanımlar, həm avtomobillərini sığortalamaq, həm də sağlamlıqlarına diqqət ayırmaq fürsətini əldə edəcəklər.
KASKO əldə edən Xanım müştərilər hissəvi ödəniş imkanından yararlanaraq avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, təbii fəlakət və bir sıra digər risklərə qarşı avtomobilini təminat altına almış olacaqlar.
“Marga Baku” Hədiyyə paketinə daxildir:
✔Health Navigation – Süni intellekt dəstəyi ilə son model cihazlarla sağlamlıq və 3D bədən müayinəsi
✔ Həkim konsultasiyası
✔ Peşəkar üz analizi - Dərinizin unikal ehtiyacları (dərinizin nəm səviyyəsi, yaşı, qırışların səviyyəsi və ləkə vəziyyəti) haqqında detallı məlumat.
Əziz xanımlar! KASKO ilə avtomobilinizi, “Marga Baku” ilə sağlamlığınızı qoruyun!
Kampaniya haqqında ətraflı məlumatı çağrı mərkəzindən (+994 12) 404 13 03 və ya sales@aiic.az ünvanına yazmaqla əldə edə bilərsiniz. “Marga Baku” ilə əlaqə üçün (+99455) 444 89 08
“Azərbaycan Sənaye Sığorta” şirkətinin kollektivi fürsətdən istifadə edərək qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edir!