Tibbi
Sığorta

Təklif al
tibbi Tibbi <br> Sığorta
Məlumat

Hər kəsin gözləmədiyi halda sağlamlığının pozulması (travma, xəstəlik və s.) baş verə bilər. Bu zaman tibbi xidmətə, yəni müayinə və müalicəyə ehtiyac yaranır. Həmçinin, xəstəliyin yaratdığı mənfi əhval-ruhiyyə və əmək qabiliyyətinin düşməsi ilə yanaşı tibbi xərclər də insanların büdcəsi üçün əlavə yükə çevrilir. Könüllü tibbi sığorta tibbi xidmətlər üzrə yarana biləcək bu kimi hesablanmamış xərclərin etibarlı həll üsuludur.

Şirkətimiz “Könüllü Tibbi Sığorta” üzrə etibarlı partnyordur. Ən sadədən ən geniş əhatəli sığorta proqramlarımız ilə tibbi xidmət təklif edirik. Buraya daxildir:


– Təcili və təxirəsalınmaz tibbi yardım (7/24)
– Ambulator-poliklinik yardım
– Stasionar yardım
– Stomatoloji yardım
– Doğuş və doğuşa yardım
– Dərman təminatı
– Profilaktik-tibbi müayinə (check-up)
– Vaksinasiya
– Vitaminizasiya

Şirkətimizdə təcrübəli həkimlər tərəfindən təşkil olunmuş və müasir avadanlıqlarla təchiz edilmiş çağrı mərkəzi 7/24 xidmətinizdədir. Müasir standartlara cavab verən tibb müəssisələri və həkim personalı ilə əməkdaşlıq edirik. Fəaliyyətimiz ərzində qazanılmış təcrübəmizə istinad edərək, müştəri məmnuniyyətinə və ədalət prinsiplərinə yönəlmiş xidmət verməyi üstün tuturuq.

Elektron müraciət

Əlaqə məlumatları

AZN

Sığortalı şəxs haqqında məlumatlar

Sığorta olunan şəxslərin sayı