Sığorta qaydaları
Yük sığortası
GeriYük bir yerdən digər yerə daşınarkən bir çox risklərə məruz qala bilər. Daşınan yük müəssisənin dövriyyə vəsaiti, əsas vəsaiti və ya digər növ əmlakı ola bilər. Bu əmlakın daşıma, eləcə də yükləmə və boşaltma zamanı zədələnməsi və ya məhv olması müəssisəyə maliyyə zərbəsi vurmuş ola bilər. Bunun qarşısını almaq üçün yüklərin daşınması zamanı onların ən müxtəlif risklərdən sığortalanması həyata keçirilir. Bu zaman yük daşınması müxtəlif nəqliyyat vasitələri ilə həyata keçirilə bilər. Ziyan və zərərin miqdarı və mahiyyəti, təminata daxil edilən hadisələr və istisnalar sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi qeyd-şərtlərə (klozlara) əsasən müəyyən edilir.