Sığorta qaydaları
Oğurluq sığortası
GeriBu sığorta növü ilə sığorta şəhadətnaməsində yazılmış ünvanda saxlanılan mal və əşyalara aşağıda göstərilən hadisələrin baş verməsi nətiсəsində oğurluq və ya oğurluğa təşəbbüsdən dəymiş maddi itki və ziyanlara təminat verilir:
• Qırma, oyuq açma, sökmə, dağıtma və zorla daxil olmaq;
• Xüsusi alət, materialların və ya bədənin çevikliyinin sayəsində dırmaşma və ya aşma yolu ilə daxil olmaq;
• İtmiş, oğurlanmış və ya qeyri-qanuni yolla əldə edilmiş əsl açarla və ya saxta açarla, habelə başqa alətlə açmaq və ya kod yığma yolu ilə daxil olmaq;
• Sığortalanmış yerlərə xəlvəti girib gizlənmək və ya qalmaq.
• Öldürmə, yaralama, güc və təzyiqdən istifadə etməklə və ya məcbur etməklə daxil olmaq.
Sığorta təminatı sığorta şəhadətnaməsində yazılmaqla yuxarıda göstərilənlərdən biri və ya bir neçəsi üçün verilə bilər.