Sığorta qaydaları

Əmlakın yanğından və digər əlavə risklərlə əlaqədar gəlir itkisi sığortası

Geri

Bu sığorta şərtləri ilə hər hansı kommersiya fəaliyyəti həyata keçirilən zaman istifadə edilən daşınan və daşınmaz əmlaklara, əmlak sığortası ilə təminat verilən risklərlə əlaqədar dəyən zərər və itkilər nəticəsində kommersiya fəaliyyətinin qismən və ya tamamilə dayandırılması və yaxud istehsalın zəifləməsinə görə meydana gələn gəlir itkilərinə müəyyən edilən məbləğ həddində təminat verilir. Bu sığorta şərtləri tətbiq edildiyi zaman “kommersiya fəaliyyəti” dedikdə, gəlir əldə etmək üçün həyata keçirilən bütün növ fəaliyyətlər, “gəlir itkisi” dedikdə isə, kommersiya fəaliyyətinin dayanması və ya istehsalın zəifləməsi nəticəsində, sığоrta təminat müddətində ümumi mədaxildə baş verən azalmanın və bu azalmanın aradan qaldırılması üçün çəkilən xərclərin səbəb olduğu xalis gəlir itkisi nəzərdə tutulur.