Sığorta qaydaları
Daşınmaz əmlakın icbari sığortası
GeriDaşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Sığorta təminatına daxil olan tikinti növləri:
• Yaşayış və qeyri-yaşayış sahələri
• Yaşayış evləri
• Binalar, mənzillər
• Dövlət əmlakı.
Sığorta təminatına daxil olan risklər:
• Yanğın, ildırım düşməsi
• Elektrik naqillərində baş verən qısaqapanma
• Nəqliyyat vasitəsinin zədələnməsi
• Su, istilik, kanalizasiya kəmərinin və ya yanğınsöndürmə sisteminin qəzası
• Subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması
• Buxar qazanlarının, maşınların və digər oxşar qurğuların partlayışı
• Təbii fəlakətlər
• Üçüncü şəxslərin hərəkətlərinin nəticəsində əmlakın zədələnməsi.