Sığorta qaydaları
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
GeriAvtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası - bütün avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortasıdır.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:
Mühərrikinin silindrinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:
• Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
• Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
• Mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
• Motosiklеtlər və motorollerlər;
• Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri;
• Trollеybuslar və tramvaylar.
Sığorta müqaviləsini əldə etmək üçün tələb olunan sənədlər:
- Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi
- Sığortalının şəxsiyyət vəsiqəsi (fiziki şəxslər üçün)
- VÖEN (hüquqi şəxslər üçün)