Satış şöbəsinə kiçik mütəxəssis

18.02.2025

Vakansiya haqqında

Daxil olan zənglər və sorğular əsasında nömrə dəyişikliyi, satış əməliyyatları, satış üzrə sualların cavablandırılması və problemli məsələlərin həllini təmin etmək. Müştərilər haqqında məlumatların müştəri bazasına daxil etmək. Müştəri ilə razılaşdırdıqdan sonra sığorta müqaviləsini hazırlamaq. Sığorta müqavilələrinin yeniləmək və müştəri loyallığını izləmək, loyallığın təmin edilməsi üçün tədbirlər planlamaq. Satış nəticəsində yaranan aylıq borclara nəzarət etmək. Tələblərə uyğun olaraq vaxtında lazımi sənədləri tərtib etmək, uçot aparmaq və sığorta müqavilələrinin bağlanması ilə əlaqədar sənədlərin saxlanılmasını təmin etmək. Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlanılmasını təmin etmək, müştərilərə nəzakətli və peşəkar xidmət göstərmək.

Tələblər:

 -Ali təhsil;

 -Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;

 -Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;

 -Dil bilikləri: Azərbaycan – əla, Rus- yaxşı, İngilis -orta səviyyədə bilməsi üstünlükdür;

 -Tələb olunan xüsusi proqram bilikləri:  Aqrar Sığorta İnformasiya Sistemi (ASİS), Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS);

 -Tələb olunan Sertifikat: Aqrar Sığorta Mexanizminin Təşkili;

 -Analiz etmə, dəyərləndirmə bacarıqları;

 -Yüksək ünsiyyət, danışıq aparmaq və müştərilərlə işləmək bacarığı;

 -Ezamiyyətə gedə bilmə imkanı.

İş vaxtının norması:

 -5 günlük iş rejimi;

 -İstirahət günü: Şənbə və Bazar günü. 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

 -Əmək haqqı: Razılaşma yolu ilə.

İş yeri:

 -Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Satış şöbəsinə kiçik mütəxəssis "qeyd etməyiniz xahiş olunur.