Məsul Aktuari
03.04.2025
Vakansiya haqqında
Hər bir sığorta sinfi və ümumi sığorta portfeli üzrə zərərlik dərəcəsini hesablamaq; Ümumi sığorta sahəsi üzrə ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi və tələb olunan kapitalı hesablamaq; İnvestisiya siyasətinə nəzarət etmək; Sığorta ehtiyatlarını hesablamaq; Hər hansı sığortalı üzrə, nümayəndəlik üzrə, təkrarsığortalı üzrə, təkrarsığortaçı üzrə, korporativ müştərilər üzrə zərərlilik dərəcəsini hesablamaq; Qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta məhsullarının qiymətlərinin müəyyən edilməsində bilavasitə iştirak etmək; Aktuar hesabatlar üzrə operativ və təşkilati sənədləri hazırlamaq; Sığorta növlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırmaq; Aktuar işinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; Aktuar hesablamalar üzrə Cəmiyyətin digər struktur bölmələrinin sorğularına cavab verən hesabatlar hazırlamaq; Hər hansı sığorta növü üzrə baş vermiş sığorta hadisələrinin statistikasını araşdıraraq, həmin sığorta növü üzrə qiymət və tariflərin yenidən baxılması üçün təkliflər vermək; Sığorta nəzarəti orqanın müəyyən etdiyi müvafiq hesabatları hazırlamaq; Sığorta portfeli üzrə qısa və orta müddətli proqnozları vermək; Maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətini nəzarətdə saxlamaq; Sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilən hallar barədə sığortaçının İdarə Heyətini və Direktorlar Şurasını xəbərdar etmək, bu istiqamətdə tədbirlər görülmədikdə, bu barədə sığorta nəzarəti orqanına yazılı məlumat vermək; Qanunvericilikdə nəzərdə tutulmuş qaydada aktuari rəyi hazırlamaq; Yeni sığorta xidmətləri və məhsulları ilə bağlı hesablamalar aparmaq və təkliflər hazırlamaq; Sığortaçının məcmu kapitalının və öz vəsaitinin məbləğlərini hesablamaq; Sığorta sinifləri üzrə sığorta tarifini hesablamaq və təklifləri hazırlamaq.
Tələblər
• Ali təhsil;
• Aktuari kimi azı 1 il iş təcrübəsi;
• Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
• Dil bilikləri: Azərbaycan – əla; Türk, Rus və İngilis dilləri yaxşı səviyyədə bilməsi üstünlükdür;
• Analiz etmə, risk qiymətləndirilməsi alqoritmlər qurma bacarıqları;
• İqtisadi biliklərə sahib olmaq və Sığorta qanunvericiliyini bilmək;
• Aktuari şəhadətnaməsi olması mütləqdir.
İş vaxtının norması
• 5 günlük iş rejimi;
• İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər
• Əmək haqqı: Razılaşma yolu ilə;
• Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri
• Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Məsul aktuari"qeyd etməyiniz xahiş olunur.