Baş Mühasib

03.04.2025

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Xərclər smetasının hazırlanmasını təşkil etmək; Təhtəlhesab, balans, avans hesabatının aparılmasını tərtib etmək; Debitor və kreditorlarla bağlı üzləşmə aparmaq və üzləşmə aktı tərtib etmək; Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmləşdirmək; Fəaliyyəti ilə əlaqəli Sığorta nəzarəti orqanının və digər Dövlət orqanlarının müəyyən etdiyi hesabatları hazırlamaq və təqdim etmək; Əsas vəsaitlər, qeyri-maddi aktivlər və digər aktivlər üzrə əməliyyatları aparmaq (balansa daxil etmək və ya silmək, yenidən qiymətləndirmək, inventar nömrəsi vermək və s.) və bunlar üzrə amortizasiyaları hesablamaq; Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablamaq və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürmək; Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət etmək; Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin edilməsinə nəzarət etmək; Rəhbəri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.

Tələblər

• Ali təhsil (İqtisadiyyat, maliyyə və mühasibatlıq);
• Müvafiq sahə üzrə minimum 5 il  iş təcrübəsi (sığorta sektoru üzrə 3 il);
• Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
• 1C, BTP, EFP Proqramlarında yüksək səviyyədə işləyə bilmək;
• Dil bilikləri: Azərbaycan – əla; Türk, Rus və İngilis dilləri yaxşı səviyyədə bilməsi üstünlükdür;
• Peşəkar mühasib sertifikatı;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır).:
• Ali təhsil (İqtisadiyyat, maliyyə və mühasibatlıq);
• Müvafiq sahə üzrə minimum 5 il  iş təcrübəsi (sığorta sektoru üzrə 3 il);
• Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
• 1C, BTP, EFP Proqramlarında yüksək səviyyədə işləyə bilmək;
• Dil bilikləri: Azərbaycan – əla; Türk, Rus və İngilis dilləri yaxşı səviyyədə bilməsi üstünlükdür;
• Peşəkar mühasib sertifikatı;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır).

İş vaxtının norması

• 5 günlük iş rejimi;
• İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər

• Əmək haqqı: Razılaşma yolu ilə;
• Nahar şirkət tərəfindən təmin edilir.

İş yeri

• Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Baş Mühasib" qeyd etməyiniz xahiş olunur.