Haqqımızda
19 PRİNSİP
- Ədalət və düzgünlük Fəaliyyət istiqamətlərimizin təməlində ədalət anlayışı durur - tərəzimizi düzgün qurar, başqalarının haqqına tənəzzül etmərik.
- Fəaliyyət Hər kəsin əkdiyini biçəcəyinə, zəhmət çəkənin qarşılığını əldə edəcəyinə inanırıq.
- Keyfiyyət Müştərilərimizin ehtiyac və istəklərini müəyyənləşdirərək istədiklərindən daha keyfiyyətli məhsul və xidmət təqdim etmək təməl hədəfimizdir.
- Məsuliyyət İstehsal etdiyimiz hər bir məhsulda insan sağlamlığı amilini dərk edir və bu məsələdə qətiyyən güzəştə getmirik.
- Əxlaq Gözəl əxlaqa malik insanları işə qəbul edirik, işçilərimizin "öz işinin lideri" olduğuna inanırıq.
- İnam İşçilərimizin motivasiyasına önəm verir, performansları nisbətində maddi və mənəvi dəstək veririk.
- Komanda ruhu İşçilərimizin fikirlərini açıq və sərbəst ifadə etməyə təşviq edir, düşüncə və fikirlərinə böyük önəm veririk.
- Əməkdaşlıq İşçilərimizə etibarlı, təhlükəsiz və sağlam işləyə biləcəkləri iş şəraiti yaradırıq.
- Çeviklik Qurumumuzun işçilərinin dinamik və davamlı inkişafını nailiyyətlərimizin təməl əsası olaraq görürük.
- Təşkilatçılıq Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk.
- Bərabərlik Bütün işçilərimizə və iş münasibətlərində olduğumuz şəxslərə din, dil, irq, milliyyət və sosial statuslarına baxmadan bərabər davranırıq.
- Texnoloji “know-how” Texniki yenilikləri sürətlə mənimsəyir, inkişaf etdirərək istifadə edir və öz “know-how”umuzu formalaşdırırıq.
- Mükəmməllik Ümumi keyfiyyət həyatımızdır.
- Cəmiyyətə faydalı olmaq Cəmiyyətə faydalı olmaq və çalışdığımız bölgənin əhalisinin etibarını qazanmaq üçün hədsiz dərəcədə səy göstəririk.
- Ətraf mühiti qoruma Hər bir işimizdə ətraf mühiti, təbiəti qorumağa çalışırıq.
- Qanunlara riayət Olduğumuz ölkənin qayda-qanunlarına tabe oluruq.
- Gələcəyə baxış Atdığımız addımların gələcək nəsillərə işıq tutmasını hədəfləyirik.
- Sevgi və hörmət Əlaqədə olduğumuz şəxs və qurumlarla qarşılıqlı hörmət prinsipləri ilə davranır, bəşəri münasibətləri davamlı inkişaf etdirməyə diqqət edirik.
- Ədalətli rəqabət Rəqabətin gücünə və bizi mükəmməlliyə aparacağına inanırıq.