Azərbaycan Sənaye Sığorta” ASC-dən iri həcmli sığorta ödənişi

Azərbaycan Sənaye Sığorta” ASC-dən iri həcmli sığorta ödənişi

17 İyul, 2019

“Azərbaycan Sənaye Sığorta” ASC “Avtomobillərin tam sığortası” (KASKO) növü  üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.

Aprel ayının 16-sı Gecə saatlarında  Babək prospekti istiqamətində hərəkət edən avtomobilin sürücüsü təhlükəsizlik qaydalarına riayət etmədiyinə görə qarşıdakı avtomobilə çırpılıb. Qəza nəticəsində kasko sığortalı nəqliyyat vasitəsinə böyük miqdarda ziyan dəyib. Şirkət avtomobil sahibinə 34 750 manat sığorta ödənişi edib.

Qeyd edək ki, şirkət “Avtomobillərin tam sığortası” növü üzrə daha bir neçə iri sığorta ödənişləri həyata keçirib – bu il baş verən sığorta hadisələrinə görə ümümilikdə 156 931 manat sığorta ödənişi olunub

“Azərbaycan Sənaye Sığorta” ASC 23 ildir bazarda fəaliyyət göstərir, əsas məqsədi şəffaf siyasət yürütməklə, etimad və qarşılıqlı inamı təmin etməkdir. Şirkət satışları daha da genişləndirmək, korporativ tibbi sığorta sahəsində satışları artırmaq sahəsində daim irəliyə doğru addımlar atır, həmçinin qarşıdakı illərə yeni sığorta məhsulları buraxmağıda düşünür.