Azərbaycan Sənaye Sığortanın Xaçmaz nümayəndəliyi yeni ünvanda

Azərbaycan Sənaye Sığortanın Xaçmaz nümayəndəliyi yeni ünvanda

24 Sentyabr, 2021

 Xidmət səviyyəsinin artırılması məqsədi ilə “Azərbaycan Sənaye Sığorta” ASC-nin Xaçmaz nümayəndəliyi fəaliyyətini yeni ünvanda davam etdirir. Ən müasir tələblərə tam cavab verən nümayəndəlik  Quba şəhəri, Ə.Nərimanov küçəsi, 18-ci məhəllədə yerləşir və müştərilərə həftə içi saat 09:00-dan 18:00-dək xidmət göstərir.

 

Nümayəndəlik bütün növ könüllü sığorta, həmçinin "İcbari sığorta növləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası xidmətlərini göstərir.

 

Azərbaycan Sənaye Sığortanın nümayəndəlik şəbəkəsini genişləndirməsinin əsas məqsədi,  Bakı şəhəri ilə yanaşı, regionlarda yaşayan əhalinin də bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını və baş verən sığorta hadisələri zamanı peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir.

 

Qeyd edək ki, 1996-cı ildən fəaliyyət göstərən “Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycanın bütün regionlarında nümayəndəliklərlə təmsil olunur. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” təsisçi,  “İcbari Sığorta Bürosu”, “Caspian Energy Club” və “Azərbaycan Sığortaçılar Assosiasiyası”  kimi təşkilatlara üzv olan Şirkət fəaliyyətini “Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş” şüarı altında uğurla davam etdirir.