“Azərbaycan Sənaye Sığorta”ASC-nin sığorta yığımlarında 228% artım

11 Mart, 2020

Azərbaycanın qeyri-həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “Azərbaycan Sənaye Sığorta” 2020-ci ilin yanvar-fevral ayları üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

Şirkətdən verilən məlumata görə, göstərilən müddət ərzində 2 134 604 manat məbləğində sığorta haqqı yığılmışdır. Bu məbləğin 1 863 772 manatı könüllü, 270 832 manatı isə İcbari sığorta növlərinin payına düşür.

 

 Beləliklə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımlarında 228% artım olmuşdur. Artım könüllü sığortada əsasən tibbi, əmlak və kasko, icbari sığortada isə daşınmaz əmlakın icbari sığortası və icbari avtomobil növlərini əhatə edir.

 

Сari ilin mart ayının 1-nə nizamnamə kapitlanın həcmi 11 mln. manat təşkil edən “Azərbaycan Sənaye Sığorta” ASC  1996-ci ilin dekabr ayından fəaliyyət göstərir. Şirkət 29 könüllü və 4 icbari növ üzrə müştərilərə sərfəli şərtlərlə müxtəlif  sığorta məhsulları təklif edir. Xərclərin optimallaşdırılması və sığorta portfelinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər Şirkətin maliyyə nəticələrinə müsbət təsir göstərmişdir.