Əmlak Sığortası

Əmlak Sığortası

Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Sığorta təminatına daxil olan tikinti növləri:
• Yaşayış və qeyri-yaşayış sahələri
• Yaşayış evləri
• Binalar, mənzillər 
• Dövlət əmlakı.

Sığorta təminatına daxil olan risklər:
• Yanğın, ildırım düşməsi
• Elektrik naqillərində baş verən qısa qapanma 
• Nəqliyyat vasitəsinin dəyməsi
• Su, istilik, kanalizasiya kəmərinin və ya yanğın söndürmə sisteminin qəzası 
• Subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması
• Buxar qazanlarının, maşınların və digər oxşar qurğuların partlayışı
• Təbii fəlakətlər
• Üçüncü şəxslərin hərəkətlərinin nəticəsində əmlakın zədələnməsi.

Şəhər Sığorta məbləği İcbari Sığorta haqqı (AZN)
Bakı şəhəri 25 000 50
Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri 20 000 40
Digər yaşayış məntəqələri 15 000 30

Əmlak sığortası hər hansı sığorta hadisəsi nəticəsində əmlaka dəymiş fiziki ziyana qarşı təminat verir. Sığorta hadisəsi dedikdə, sığorta müddəti ərzində hüquqi və fiziki şəxslərin əmlakına hər hansı gözlənilməz və birbaşa fiziki təsir (başqa istisna olmadıqda) başa düşülür.

Daşınmaz əmlak haqqında məlumat

Sığortalı şəxs haqqında məlumatlar

Əlaqə məlumatları