FAQ

Sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
Sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
Sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxsdir.
Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
Sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.

Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər.

- Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir.

- Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir.

Sığorta haqqı və sığorta məbləği “İcbari sığortalar haqqında” qanuna əsasən müəyyən edilir.
“İcbari sığortalar haqqında” qanuna əsasən avtonəqliyyat vasitəsini qanuni əsaslarla istismar edən hər hansı şəxs, yəni mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslərdən biri həmin avtonəqliyyat vasitəsini sığorta etdirməlidir. Beləliklə, etibarnamə əsasında idarə etdiyiniz avtomobili sığorta etdirə bilərsiniz.
İcbari avtomobil sığorta müqaviləsinin qüvvədə olduğu - müddət ərzində sığortalıya aid edilən bütün hüquq və vəzifələr avtomobili istifadə edən digər sürücülərə də şamil edilir və hər bir sürücünün ayrıca İcbari avtomobil sığorta şəhadətnaməsinin olması tələb olunmur.
Sığorta olunanın ölkə daxilində və ölkədən xaricə səfər zamanı xəstələnməsi, yaxud bədbəxt hadisə nəticəsində sağlamlığının pozulması ilə əlaqədar zəruri olan tibbi xərclərin, habelə sığorta müqaviləsində nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər itkilərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta məhsuludur.
Əmlak sığorta təminatı aşağıdakıları əhatə edə bilər: yanğın, ildırım və partlayış, avtomobillərin sığortalanmış obyektə dəyməsi, hava nəqliyyatı vasitələrinin sığortalanmış obyektə dəyməsi, fırtına və tufan, yer sürüşməsi, sel və su basması, daşqın, zəlzələ və onun nəticəsində baş verən yanğın və partlayış, güc və zorakılıq edilməklə oğurluq və oğurluğa cəhd, üçüncü şəxslərin qərəzli hərəkətləri, dolu, qar ağırlığı, tüstü, yer çökməsi, yer qabarması, daxili su.

1. Hadisə baş verdikdə (+994 12) 404 13 03 telefon nömrəsi vasitəsilə sığorta şirkətinə və 102 xidməti vasitəsilə Dövlət Yol Polisinə dərhal məlumat verin.

2. Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün “Təcili yardım”a (103), “Yanğın söndürmə Xidməti” (101), ehtiyac olduqda FHN-ə (112) və digər lazımıi qurumlara xəbər verin. Həyat üçün təhlükəli xəsarət alındığı hallarda zərər çəkənləri səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibb müəssisəsinə göndərin, bu mümkün olmadıqda isə, öz nəqliyyat vasitənizlə aparın, daha sonra hadisə yerinə qayıdın.

3. Zərərçəkən(lər)ə icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat verin.

4. Hadisə yerini tərk etməyin.

5. Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın (təmir və ya bərpa etdirməyin) və sığorta şirkətinə (və ya onun nümayəndəsinə) təqdim edin, əmlaka baxış keçirilməsi üçün sığorta şirkətinin nümayəndələrinə şərait yaradın, tələb olunan məlumat və sənədləri onlara verin.

6. Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin.