Hüquqşünas

29.11.2022

Vakansiya haqqında

Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuları hazırlamaq; Sığorta hadisələri ilə bağlı şübhəli hallara hüquqi rəy vermək; Dövlət orqanları ilə yazışmaları reallaşdırmaq; Cəmiyyətə daxil olan və çıxan müqavilələrə, sənədlərə, hüquqi rəy vermək və vizalanması işini təşkil etmək; Sığorta hadisələri üzrə ödəniş vaxtının gecikməsi və s. hallarda müştəri şikayətlərinə yazılı cavablar hazırlamaqda iştirak etmək; Sistem üzərindən ödəniş sənədlərinin yoxlanılıb-təsdiq edilmək; Təqdim olunmuş sənədlər siyahısına əsasən iş qovluqlarının yığılması və arxivləşdirilməsi; Mail ilə göndərilmiş sənədlərin fayl şəklində yığılaraq imzaya və ödənişə təqdim etmək; Sığorta hadisələrinin araşdırılması departamenti daxilində sənəd dövriyyəsinin jurnal vasitəsilə qeydiyyatını aparmaq və sənədlərin əvvəldən arxivləşməyədək olan dövriyyəsini icra etmək; Rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək.

Tələblər:

Ali təhsili olmalı;
Komandada işləmək bacarığı olmalı;
Aidiyyatı sahə üzrə 1-2 il iş təcrübəsi olmalı;
MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
 

İş yeri:Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçt ünvanına email-in mövzu hissəsinə "Hüquqşünas" yazaraq göndərə bilərsiniz. Son müraciət tarixi 10.01.2023